Anarla Elnur arasındakı qalmaqal böyüdü

Anarla Elnur arasındakı qalmaqal böyüdü
1913 dəfə oxunub
  • A-
  • A
  • A+
Stilistlər Anar Ağakişiyevlə Elnur Həsənov arasındakı qalmaqal daha da böyüyüb.

Axşam.az xəbər verir ki, Elnurun "ATV maqazin onlarla"da həmkarı ilə bağlı dedikləri onu özündən çıxarıb. Anar İnstaqramda "story" bölümündə bunla bağlı paylaşımlar edərək, qarşı tərəfi tənqid edib:

"Xəbərdarlığı bir dəfə edərlər. Müsahibələrimdə demişdim, adımı çəkib, özünü reklam etmə. Nə yaxşı, nə pis, adımın sən tərəfdən çəkilməyinə icazə vermirəm. İndən sonra yalnız faktlarla danışacam.

Saysız məktublar alıram, hamı soruşur kimdir o? O, özü bilir. Nə qədər adımı efirdə çəkəcəksən, bir o qədər burada faktlar paylaşacam".