“O biabırçı hadisə dözülməzdir” - Prezident

“O biabırçı hadisə dözülməzdir” -  Prezident
4046 dəfə oxunub
  • A-
  • A
  • A+

"Xəstəliyin yayılmasının səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir".

Axşam.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Dövlət başçısı müsahibə zamanı ötən gün “Fairmont” otelində karantin rejiminin pozulmasından da söz açıb:

"Amma biz görürük ki, insanlar nümayişkəranə şəkildə bu rejimi pozurlar. Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə də Azərbaycan polisi düz edib müdaxilə edib. Mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici şirkət. Biz xalqımızın sağlamlığını qorumalıyıq".