Ayağı kəsilən aktyor koronavirusdan öldü

Ayağı kəsilən aktyor koronavirusdan öldü
1946 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı teatr və kino aktyoru Nik Kordero koronavirusdan vəfat edib.

Axşam.az xəbər verir ki, 41 yaşlı aktyor infeksiyanın ağırlaşması nəticəsində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, sənətçi 3 ay əvvəl ağır vəziyyətdə Los-Ancelesdəki klinikaların birinə yerləşdirilmişdi. Ayağındakı qan dövranına görə müalicələrin effektsiz olduğunu bildirən həkimlər Nikin ayağını amputasiya etmişdilər.

Xatırladaq ki, aktyor "Ofisiant", "Mavi qan", "Qanun və qayda" kimi filmlərdə rol alıb.