ATU-nun Klinikasında 33 həkim koronavirusa yoluxub

ATU-nun Klinikasında 33 həkim koronavirusa yoluxub
2401 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub".

Axşam.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında ATU-nun mətbuat kabiti Günel Aslanova deyib. O bildirib ki, həkimlərdən 27 nəfərin müalicəsi hazırda davam etdirilir:

"6 nəfər evə buraxılıb.  Onlardan 21-i reanimasiya şöbəsinin həkimidir. Hazırda müalicə alanlardan 6-nın vəziyyəti ağır, 15-i orta-ağır, digər 6 nəfərin isə vəziyyəti yüngüldür. Onlar öz həkimlərimiz tərəfindən müallicə olunurlar".