"Anar Nağılbazın ölümünə sosial şəbəkələr səbəb oldu"

"Anar Nağılbazın ölümünə sosial şəbəkələr səbəb oldu"
1622 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bir zamanlar şou-biznesdə kateqoriya var idi: A, B,C... Son vaxtlar aləm dəydi bir-birinə: A gəldi B-ni, C gəldi hamısını keçdi. Elə zəmanəyə gəldik ki, hər zaman rahat danışan, sözləri muncuq kimi düzən adam, indi ekran qarşısında əziyyət çəkirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Axşam-axşam" proqramında deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən gileylənib.

Sənətçi şou-biznesdəki kateqoriya söhbətindən bəhs edib:

"Anar Nağılbazın ölümünə sosial şəbəkələr səbəb oldu. Hər sözü söz edirlər. Ona görə də danışanda o qədər ehtiyatla yanaşmaq istəyirsən ki... Amma mümkün deyil.

Yenə deyəcəm... Bədi səviyyə də düşüb aşağı. 1990-cı illərdən 2000-ci ilə qədər toylarda hansı mahnıları oynayırdıq: Tofiq Quliyev, Rauf Hacıyev, Məmmədbağır Bağırzadə. Son vaxtlar isə meyxanadır... Meyxana başqadır, musiqi başqa. Bilinmir nədir. Musiqinin içində bir "xəşilləşmə" gedir. Ona görə də kateqoriya pozuldu".