Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Reanimasiyadakı xəstələrin sayı açıqlandı
674 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8474 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 334 nəfər reanimasiyada, 60 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7102 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 529 875 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.