Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Reanimasiyadakı xəstələrin sayı açıqlandı
772 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8542 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 317 nəfər reanimasiyada, 59 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7355 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 537 230 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 465 nəfər sağalıb, 9 nəfər isə vəfat edib.