Hovuzda saxlanılanlar cərimələndi

Hovuzda saxlanılanlar cərimələndi
732 dəfə oxunub
  • A-
  • A
  • A+

Zaqatalada bir qrup şəxs bir yerə toplaşaraq hovuzda istirahət edib.

Axşam.az DİN-ə istinadən xəbər verir ki, həmin şəxslər polisə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Qaydaları pozanlar etdikləri əməldən peşman olduqlarını etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, 2 nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.