329 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib

329 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib
620 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 9-na olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8589 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 329 nəfər reanimasiyada, 59 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7505 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 544 735 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb, 10 nəfər isə vəfat edib.