Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "5/5" verilişində deyib. Sənətçi karantin günlərində istirahətə gedənləri tənqid edib:
"Rayonlara gedənlər də bilinmir hansı yolla gedir. Amma ifşa edilirlər. Karantindirsə, hamı üçün karantindir. Gizlin gedib istirahət edirlər, utanmadan paylaşırlar və evdə oturanlarda da qıcıq yaradırlar".