Bakının bu yolları bağlı olacaq - Xəbərdarlıq

Bakının bu yolları bağlı olacaq -  Xəbərdarlıq
3011 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün axşam saat 22:00-dan səhər saat 06:00-dək Şıxəli Qurbanov küçəsi və Tiflis prospektinin hər iki istiqamətində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Axşam.az xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.