Füzuli Ələkbərovun anası ilə həyat yoldaşı koronavirusdan vəfat etdi

Füzuli Ələkbərovun anası ilə həyat yoldaşı koronavirusdan vəfat etdi
11443 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, onun anası vəfat edib.

F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

***

Füzuli Ələkbərova daha bir ağır itki üz verib.

Axşam.az Unikal.org-a istinadən xəbər verir ki, sabiq nazirin həyat yoldaşı İradə Ələkbərova da ötən gün 62 yaşında koronavirusdan dünyasını dəyişib.

Mərhum bu gün dəfn edilib.