Üç övladı şəhidi son mənzilə yola saldı - Fotolar

Üç övladı şəhidi son mənzilə yola saldı -  Fotolar
4643 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulu 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilir.

Axşam.az xəbər verir ki, 1987-cı il təvəllüdlü şəhidin nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndinə aparılıb. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Vida mərasimindən yayılan şəkillərdə mərhumun övladları əks olunub.

Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.