Göldə itən aktrisanın cəsədi tapıldı

Göldə itən aktrisanın cəsədi tapıldı
3088 dəfə oxunub
  • A-
  • A
  • A+

5 gün əvvəl Kaliforniyadakı Piru gölündə itkin düşən aktrisa Naya Riveranın cəsədi tapılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, polislər 5 gündür qadınla bağlı axtarışlar aparırdı. Ötən gün bölgə rəisi göldə bir cəsəd tapıldığını, onun Riveraya aid olacağını iddia edib. Hazırda cəsəd ekspertizaya göndərilib.

Aktrisanın 4 yaşındakı oğluna isə hələ də axtarışların davam etdiyi deyilib.

Qeyd edək ki, aktrisa 4 yaşlı oğlu ilə qayıqla gölə gəzintiyə çıxıb. Başqa bir qayıqda olanlar uşağı tək yatmış halda tapıb.  

Nayanın intihar etdiyi və ya öldürüldüyü ilə bağlı araşdırmaların davam edəcəyi söylənilib.