Ermənistan ordusunun açdığı atəş nəticəsində mülki şəxs həlak olub

Ermənistan ordusunun açdığı atəş nəticəsində mülki şəxs həlak olub
977 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

Axşam.az xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.

Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.

Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nıticəsində mülki vıtəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.

Beynəlxalq ictimaiyyət, ATƏT MQ həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar.