Şəhid mayor Anar Novruzovla Masallıda vida mərasimi keçirilir

Şəhid mayor Anar Novruzovla Masallıda vida mərasimi keçirilir
1848 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər nəticəsində şəhid olan Azərbaycan Ordusunun mayoru Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu Masallı rayonu, Ərkivan qəsəbəsinə gətirilib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, şəhid mayorun vida mərasiminə rayon icra aparatının əməkdaşları, millət vəkilləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıb.