Ötən gün Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov sosial şəbəkə vasitəsilə açıqlama yayıb.

Axşam.az Musavat.com-a istinadən xəbər verir ki, o, bu cür video yaymasını emosional olması ilə əlaqələndirib:

“Həddən artıq emosional insanam və vətənpərvərəm. Mənə gələn dünənki xəbərlər, o məlum videogörüntünü yaymağımı məcbur etdi. Çünki dözə bilmədim, o qədər insanın ölüm xəbəri, insanlarımızın yürüşü, səfərbərlik tələbi (bu, mənim də, arzumdur), məni, düşünmədən o videonu yaymağa məcbur etdi”.

Sonda Rəşad Məmmədov iddia edib ki, bəzi şəxslər bilərəkdən bu cür məlumatlar yayırlar.



                 

Xəbər lenti