347 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib

347 koronavirus xəstəsi reanimasiyaya yerləşdirilib
680 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 15-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8651 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 347 nəfər reanimasiyada, 67 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 8312 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 592 778 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 545 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.