Türkiyədə 1013 nəfər koronavirusdan sağaldı - 17 xəstə öldü

Türkiyədə 1013 nəfər koronavirusdan sağaldı -  17 xəstə öldü
515 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 43 320 şübhəli koronavirus testindən keçib, onlardan 947-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1013 xəstə sağalıb.

Türkiyədə indiyədək 215 940 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5419 nəfər ölüb, 197 733 nəfər müalicə olunaraq evə buraxılıb.