Düşmənin atdığı mərmilər yaşayış evlərinə düşüb - Fotolar

Düşmənin atdığı mərmilər yaşayış evlərinə düşüb -  Fotolar
1279 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, mərmi atəşi səhər saatlarından başlayıb.

Evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur. Bununla belə, kənd sakinləri evlərini tərk etməyib, gündəlik həyatına davam edir.