Ermənistanın yaydığı yalan məlumatlarla bağlı MN-dən açıqlama

Ermənistanın yaydığı yalan məlumatlarla bağlı MN-dən açıqlama
863 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Axşam.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmisi bu cür məlumatların erməni tərəfinin uydurması və dezinformasiyası olduğunu bildirib:

“Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.