MN-dən D-30 topları ilə bağlı açıqlama

MN-dən D-30 topları ilə bağlı açıqlama
661 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Axşam.az xəbər verir ki, onun sözlərinə görə, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır:

“Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.