Məşhur aktrisa xərçəngdən öldü

Məşhur aktrisa xərçəngdən öldü
2773 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da "Robokop 2" kimi filmlərdə rol alan məşhur aktrisa Qalin Qorq vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı sənətçi uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş.

Qalin ağciyər xərçəngindən müalicə alıb, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Aktrisanın bacısı onun ölüm xəbərini verib və "Bacıma xərçəng diaqnozu qoyuldu və qısa vaxtda bütün bədənə yayıldı. Ona bir neçə gün yaşayacağı deyilmişdi. Amma o, uzun müddət xəstəliklə savaşdı və möcüzə olmasını gözlədi" sözlərini deyib.