Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Reanimasiyadakı xəstələrin sayı açıqlandı
472 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 16-na olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8575 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 345 nəfər reanimasiyada, 68 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 8722 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 601 500 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 493 nəfər koronavirusa yoluxub, 561 nəfər sağalıb, 8 nəfər isə vəfat edib.