"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi"

"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi"
50427 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu Rəhim ötən gün avtomobil qəzasında dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, sənətçi Gürcüstanda ölən oğlunun nəşini Bakıya gətirə bilməyib. Bu haqda şairə Nazilə Səfərli xəbər verib. O bildirib ki, İbrahimin həyat yoldaşı Zöhrə hələ də övladının öldüyünü bilmir:

"İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilmədi. Uzun danışıqlardan sonra İbrahim, xanımı Zöhrə və qayınatası nəhayət ki, Gürcüstana keçə bildi. Qızı isə təəssüf ki, Bakıda qalmalı oldu. Bacının qardaşın vidasına gedə bilmədiyi dövrə gəldik. Nə ağır il oldu bu il. Ən pisi odur ki, Zöhrə yazıq hələ də bilmir oğlu rəhmətə gedib.

Sərhəddə xəyal qururmuş ki, mən karantində olana qədər oğlum komadan ayılar. İndilərdə evlərinə çatmış olarlar. Bilmirəm, ona niyə yalan dedik. Həqiqəti bilsəydi, bu uzun yolu onu aparmaq mümkün olmayacaqdı.

Oğlunu tabutda görüb necə tab gətirəcək... Heç bir ata-ana bu acını yaşamasın. Nə ağır dərtdir".

Qeyd edək ki, ağır avtomobil qəzası keçirən Rəhim yerindəcə dünyasını dəyişib. Türkiyədə təhsil alan gənc uzun müddətdir Gürcüstanda imiş.