İmmuniteti yüksəldən məlhəm

İmmuniteti yüksəldən məlhəm
4410 dəfə oxunub
  • A-
  • A
  • A+
Son günlər insanların ən çox önəm verdiyi immuniteti yüksək saxlamaqdır. Bunun üçün kimi pəhrizi pozub, kalori qidalar yeyir, kimi müxtəlif dərmanlar qəbul edir.

Axşm.az xəbər verir ki, Tibet təbabətində immuniteti yüksək saxlamaq üçün ən çox təbii bitkilərdən istifadə edilir. Onlardan birini təqdim edirik:

Şüşə banka götürün. İçərisinə 2 stəkan kedr qozu qabığı, 0,5 stəkan qurudulmuş meşə gilası, tozağacı tumurcuğu, çəhrayı rodiola kökü, badan, maral ağacı kökü, mərsin yarpağı, boymadərən, qoyunqıran və gicirtkən tökün (Bunların hamısı apteklərdə satılır). Üzərinə 0,5 litr araq əlavə edin.

21 gün qaranlıq otağa qoyun. Sonra süzüb, soyuq yerdə saxlayın. Gündə 2-3 dəfə məlhəmdən 1 çay qaşığı şirəyə, suya, kofeyə və ya çaya töküb için.

Məlhəmi 6 ay saxlaya bilərsiniz.