Mədəniyyət nazirinin birinci müavini təyin olundu

Mədəniyyət nazirinin birinci müavini təyin olundu
2168 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Axşam.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Anar Kərimova verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Mədəniyyət nazirinin artıq iki birinci müavini olacaq. Mədəniyyət nazirinin digər birinci müavini isə Vaqif Əliyevdir.