“Çölçü” 6 yeni mükafat aldı

“Çölçü” 6 yeni mükafat aldı
478 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Böyük Britaniya, Sinqapur və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə altı mükafata layiq görülüb.

Axşam.az xəbər verir ki, “Çölçü” filmi “Falcon International Film Festival”da (iyun 2020, London) “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafat qazanıb. Həmçinin, “World Film Carnival” (may–iyun 2020, Sinqapur) və “Rosebud International Film Festival”da (yanvar-iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıblar.

“Çölçü” filmi “Panjim International Film Festival”da (aprel–iyun 2020, Hindistan) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, ən yaxşı rejissor, ən yaxşı prodüser) mükafatlara layiq görülüb.

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunub.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, prodüseri M.Hətəmov, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.