Xalq artisti Emin Ağalarov "МММ" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnının müəllifi və ekran işinin prodüseri Maksim Fadeyevdir.

"Maksim maraqlı ssenari düşündü və ən xırda amillərə qədər hər şeyi hazırladı. Bu da mənim 100 faiz etibar etdiyim bir haldır. Nəticə isə möhtəşəmdir. "МММ" musiqi karyeramda ən uğurlu işlərdən oldu. Maksimlə işbirliyindən və dostluğumuzdan məmnunam" deyə, Emin bildirib.

Maksim isə klipdə real bir hadisə canlandırdıqlarını söyləyib. O bildirib ki, Emin rolunun öhdəsindən uğurla gəlib:

"Bu, gerçək hekayədir. O, burada təbiidir. Emini mən və dostları hər zaman belə görüb. O, heç bir rol oynamır, öz hekayəsini canlandırır".  



                 

Xəbər lenti