İstanbulun Cihangir səmtində görüntülənən aktrisa Şevval Sam kişilərlə bağlı qalmaqallı açıqlama verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın cinayətlərini pisləyən sənətçi bunları söyləyib:

"Hər qadın öz müdafiəçisi olacaq qədər güclüdür. Qadın sadəcə ana, qız uşağı deyil. Qadınlar müdafiə edilməlidir. Şiddəti alqışlayan kişilər tək buraxılmalıdır.

Bir qarışqanı belə incitməyən dostlarımız da var. Edam tərəfdarı deyiləm. İnsanın ədaləti buna imkan vermir. Geri dönüşü olmayan bir şeydir".

"Siz şiddətə məruz gəldiniz" sualına isə aktrisa "Heç kim mənə bunu edə bilməz. Başıma şiddət gəlsə, haqqımı tələb edərəm. Bununla bağlı ciddi çalışan sahələr var. Şiddətin heç bir müdafiəsi ola bilməz. Sevməyi öyrətmək lazımdır. Çünki kişilər sevməyi bacarmır" cavabını verib.

 
 
 
 
 


                 

Xəbər lenti