Şahzadənin keçmiş sevgilisi gizli ərə getdi - Fotolar

Şahzadənin keçmiş sevgilisi gizli ərə getdi -  Fotolar
3562 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harrinin 31 yaşlı keçmiş sevgilisi, model-aktrisa Kressida Bonas ötən yay sevgilisi Uentvort Stenli ilə nişanlandığını bildirmişdi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük gizli evlənib. Gizli olan nikah mərasiminə bəy və gəlinin yaxınları qatılıblar.

Qonaqlar arasında Bonasın qardaşı da yer alıb və o, gecədən görüntünü sosial şəbəkədə paylaşıb. Cütlük hələ ki, məsələ ilə bağlı heç bir açıqlama vermir.

Qeyd edək ki, Kressida və Stenli 2017-ci ildən eşq yaşayır.