"Şou-biznesdə əvvəlki rəqabət yoxdur: istər konsertdə, istər klipdə, istərsə də geyimdə... Hamı geyinir, amma ortada yaxşı nəticə yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri stilist Elnur Həsənov "MTV Azərbaycan"a açıqlamasında deyib. Stilist sənət adamlarının geyim tərzindən bəhs edib. o bildirib ki, son illər heç bir aktuallıq qalmayıb:

"Dəbin arxasınca qaçmaq lazım deyil. Dəbi izləyib, seçmək lazımdır. 2020-ci ilin modasına baxırsan, nə dəbdirsə özününküləşdir, yaraşanı seç. Zövqsüz ola bilərsən, amma tərzin olmalıdır. Yıldız Tilbe, Bülənt Ərsoyun tərzi var. Biri də var həm tərzin, həm də zövqün var. Bu zaman ikon olursan.

Röyanın, Brilliant Dadaşovanın öz tərzi var. Elza Seyidcahanı qınasalar da tərzi var. Maraqlı və maraqsız, bəyənilən və bəyənilməyən nələrsə edir. Zülfiyyə Xanbabayeva isə bir üslubdadır: dəri əlcək, ağ-qara rəng, düz saçlar. O artıq ikondur. Adam heç vaxt açıq-saçıq geyinməyib, geyinmir də. Deməli bağlı da geyinib dəbli görünə bilərsən".

Elnur bildirib ki, şou-biznesdə iki dəbli kişi ifaçı var:

"Biri Zamiq Hüseynovdur. Çərçivələri, kompleksləri aşan bir müğənni varsa, o da odur. Bir də Ədalət Şükürov. Klassik tərzdə geyinir. Maraqlı geyimlər tapır". 



                 

Xəbər lenti