Koronavirusa yoluxma sayı 300-dən aşağı düşdü

Koronavirusa yoluxma sayı 300-dən aşağı düşdü
1748 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axşam.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 424 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5229-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.