"Kadirə hiss etdiklərimi ifadə edə bilmərəm" - Neslihan Atagül

"Kadirə hiss etdiklərimi ifadə edə bilmərəm" -  Neslihan Atagül
3525 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sefirin kızı" serialında rol alan aktrisa Neslihan Atagül "O anın hikayesi" verilişində aktyor həyat yoldaşı Kadir Doğuluya qarşı hisslərindən danışıb.

Axşam.az xəbər verir ki, aktrisa "İlk görüşdə aşiq olmusunuz" sualına belə cavab verib:

"İlk görüşdə aşiq olmuşam deyə bilmərəm, amma ona qarşı hiss etdiklərimi ifadə edə bilmərəm, haqsızlıq edərəm. Onun mərhəməti, vicdanı, işinə qarşı olan sevgisi, hər kəsə eyni məsafədə olmağı məni hələ də cəlb edir. Kadirə hiss etdiyim sevgi çox böyükdür. Şükür ki, onunla yollarımız kəsişib".