Bu iki rayonda karantin ləğv edildi

Bu iki rayonda karantin ləğv edildi
6462 dəfə oxunub
  • A-
  • A
  • A+

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün elan olunan qərarına görə hazırda sərtləşdirilmiş karantin rejimində olan iki rayonda avqustun 5-dən sonra qadağalar aradan götürülür.

Axşam.az xəbər verir ki, bunlar Şəki və Siyəzən rayonlarıdır. Həmin rayonlarda sərtləşdirilmiş karantin rejimi ləğv edilərək ümumi karantin rejimi tətbiq ediləcək.

Bundan başqa, bu dəfə Salyan rayonu da sərtləşdirilmiş karantin zonasına daxil edilib.