Metro bu tarixədək bağlı qalacaq

Metro bu tarixədək bağlı qalacaq
2838 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar 31 avqust tarixinə qədər metronun bağlı qalması qüvvədə saxlanılır”.

Axşam.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:

“Burada sırf texniki-epidemioloji, o cümlədən də metronun bilavasitə ventilyasiya sistemi ilə əlaqədar olan məqamlar var. Ekspertlər rəyi ondan ibarətdir ki, yeraltı, dar və mərkəzləşmiş ventilyasiya sistemi olan bir şəraitdə virusun təkrarən hərəkət etməsi və nəticə etibari ilə yoluxma miqyasının artması üzrə proseslər baş verə bilər ki, bu halda metronun işə salınması məqsədəuyğun hesab olunmur. Ona görə Bakı Nəqliyyat Agentliyi qarşısında bu tapşırılqar qoyulub ki, avtobus xətlərində saylar artırılsın, pik saatlarda sıxlıq yaranarsa, bunun qarşısının alınması üçün əlavə tədbirlər görülsün”.