Türkiyədə 1003 nəfər koronavirusdan sağaldı - 19 xəstə öldü

Türkiyədə 1003 nəfər koronavirusdan sağaldı -  19 xəstə öldü
573 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 41 301 şübhəli koronavirus testindən keçib, onlardan 995-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 580 nəfər olub, 1003  xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə indiyədək ümumilikdə 233 851 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub,  onlardan 5747 nəfəri ölüb.