"Nə olar Damla, imicmeyker tap, sənə düzgün geyim seçsin"

"Nə olar Damla, imicmeyker tap, sənə düzgün geyim seçsin"
4077 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Afaq Gəncəli müğənni damlanın geyimlərini tənqid edib.

Axşam.az xəbər verir ki, o, bu haqda "ATV maqazin onlarla"da danışıb. "Şou-biznesdə kimin geyimini bəyənmirsən" sualına Afaq belə cavab verib:

"Damla keçsin günahımdan. Səhnə siyasətini, danışıq qabiliyyətini, sənətə görə özünü fəda etməsini sevirəm. Amma nə olar özünə bir imicmeyker tapsın. Geyimlərini dəyişsin. Ona düzgün geyim seçsin.

Mənim üçün əhəmiyyətsiz insan olsaydı, deməzdim. Damla oxumağı və çabası ilə hər şeyi tamamlasın".