Dünyada koronavirusdan ölənlərin sayı 700 mini keçdi

Dünyada koronavirusdan ölənlərin sayı 700 mini keçdi
352 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 700 647 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Koronavirusdan ölüm halları daha çox ABŞ (156,7 mindən çox), Braziliya (95,8 mindən çox) və Meksikada (48,8 mindən çox) qeydə alınıb.

Dünya üzrə 18,4 milyon nəfərdə COVID-19 aşkarlanıb.