Bakıda 1 milyonluq oğurluq

Bakıda 1 milyonluq oğurluq
2257 dəfə oxunub
  • A-
  • A
  • A+

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1.000.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.

Axşam.az DİN-ə istinadən xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75.000 ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib.

Davam etdirilən tədbirlərlə Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

***

Bakıda 1 milyonluq qızılları oğurlanan şəxsin kimliyi məlum olub.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin şəxs paytaxt sakini, 1969-cu il təvəllüdlü Zülfiyyə Əliyevadır.

Məlumata görə, oğurlandıqdan sonra 75 min dollara satılan qızılı iki nəfər oğurlayıb. Onlar ev sahibinin tanışları olublar və qadının evdə olmayacağı vaxtı planlaşdıraraq mənzilə daxil olublar. Evdə heç bir dağıntı törətmədən birbaşa seyfi xüsusi aparatla kəsərək içindən qızılları aparıblar.

Bir milyon manatlıq qızıl-zinət əşyalarının içində qızıl sikkələr, qara brilliantlar, medalyonlar və kalelər olub.

Cinayəti törətməkdə şübhəli bilinənlərdən biri - 25 yaşlı Tural Rəhimli saxlanılıb. Onun ortağı olmaqda şübhəli bilinən 40 yaşlı Əkbər Salmanov isə hələ ki, istintaqdan gizlənməyi bacarıb.

Faktla bağlı istintaq davam etdirilir.