"Avqustda da 190 manat veriləcək" - Prezidentdən tapşırıq

"Avqustda da 190 manat veriləcək" -  Prezidentdən tapşırıq
3478 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev bugünkü müşavirədə 190 manatla bağlı göstəriş verib.

Axşam.az xəbər verir ki,  o qeyd edib ki, altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub:

"Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin".