435 nəfər koronavirusdan sağalıb - 144 yeni yoluxma

435 nəfər koronavirusdan sağalıb -  144 yeni yoluxma
1103 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axşam.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3 493 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.