Türkiyədə 1040 nəfər koronavirusdan sağaldı - 14 xəstə öldü

Türkiyədə 1040 nəfər koronavirusdan sağaldı -  14 xəstə öldü
607 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 14 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 54 494 şübhəli koronavirus testindən keçib, onlardan 1153-nün cavabı pozitiv çıxıb. Bu gün daha 1040 xəstə sağalıb.

Türkiyədə indiyədək 237 265 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5793 nəfər ölüb, 220 546 nəfər müalicə olunaraq evə buraxılıb.