"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist

"Bütün pullarımı geyimlərə xərcləmişəm" -  Əməkdar artist
1470 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bütün pullarımı paltarlara xərclədim".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "7 canlı" proqramında deyib. Sənətçi səhnə geyimlərindən bəhs edib:

"Zaman elə keçdi ki... O paltarların puluna nələr alardım. Bilmədən, bütün hər şeyimi geyimə verdim. Səhnə üçün yaşadım. Buna görə peşman da deyiləm. Çünki bu paltarları özüm dizayn etdim. Mənim əl işlərimdir".

Müğənni oğlunun evlənməməsindən gileylənib:

"Oğlum seçimi mənə buraxıb. Amma deyir ki, zahiri görünüşü mən deyən olsun. Fərid deyir ki, elə qız almalıyam gözüm ondan başqasın görməsin. Yalnız onun üçün yaşamalıyam, o da mənim üçün".