“Yumşalmalardan sonra yoluxmanın artması böyük ehtimal ki, olacaq”.

Axşam.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, yumşalma nəticəsində virusa yoluxma riski artır:

"Buna görə də yumşalmalara addım-addım, tədricən gedəcəyik. Yumşalmalardan sonra yoluxmanın artması böyük ehtimal ki olacaq. Yoluxmanın artmaması üçün sosial məsafə saxlamaq, maska taxmaq və digər qaydalara riayət etmək lazımdır. Həmçinin, bu qaydalara nəzarətin həyata keçirilməsi üçün hökumət çox ciddi addımlar atılır. Bu gün baş nazir Əli Əsədovun Azərbaycanın icra strukturları rəhbərliyi ilə geniş iclası keçiriləcək və nəzarətin gücləndirilməsi tapşırığı veriləcək. Eyni zamanda, əsas istiqamətdən biri də virusa yoluxan şəxsin daha erkən müəyyən olunması və təcrid olunmasıdır. Bunların içində ən əsası qaydala əməl etməkdir. Qaydalara riayət olunmasa karantin rejiminin müddəti daha uzun ola bilər. Yumşalmaları bəzi insanlar qələbə kimi qəbul etmək istəyir. Yanlış iddialar var ki, dünyada karantin bitib, heç yerdə maska taxılmır. Həmin insanlara tövsiyə edirəm ki, sadəcə internetdə bu məlumatı əldə etsinlər. Heç bir ölkədə virus bitməyib, karantin hər yerdə davam edir. Bu gün əziyyətlə əldə etdiyimiz nailiyyətləri itirməməliyik".



Xəbər lenti