Karantin yumşalan kimi çimərliyə yollandılar - Fotolar

Karantin yumşalan kimi çimərliyə yollandılar -  Fotolar
7316 dəfə oxunub
  • A-
  • A
  • A+
Karantinin yumşaldılması ilə çimərliklərə getmə icazəsi verilib. Bunla əlaqədar bir çoxları çimərliyə üz tutub. Onlar arasında şou-biznesin tanınmış simaları da yer alıblar.

Axşam.az həftəsonunu çimərlikdə keçirən məşhurları təqdim edir:

Müğənni Kərim Abbasov ailəsi ilə birlikdə dəniz kənarına yollanıb. Sənətçi oğlu Yusiflə birlikdə olan fotolarını sosial şəbəkədə yayımlayıb.

Müğənni Nadir Qafarzadə də karantinin yumşaldılmasından istifadə edib dənizə yollananlardandır.

Meyxanaçı Namiq Qaraçuxurlu da həm dənizkənarına yollanıb, həm də bol-bol fotolar çəkdirib.

Aktrisa Sevinc Əliyeva da dənizkənarında lentə alınan fotosunu İnstaqram izləyiciləri ilə bölüşüb.

Aparıcı Murad Əzimzadə övladı ilə birlikdə çimərlik mövsümünün dadını çxıarmağa yollanıb.

Aparıcı Leyla Mustafayeva isə çimərliklərə icazə verilən günün səhərisindən günlərini dənizdə keçirir.