Yas dayandırıldı, iştirakçılar polis bölməsinə gətirildi

Yas dayandırıldı, iştirakçılar polis bölməsinə gətirildi
1399 dəfə oxunub
  • A-
  • A
  • A+

Beyləqanda karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib.

Axşam.az DİN-ə istinadən xəbər verir ki, rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.