ÜST-dən koronavirus peyvəndi ilə bağlı açıqlama

ÜST-dən koronavirus peyvəndi ilə bağlı açıqlama
1160 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya Prezidenti Vladimir Putinin ilk qeydiyyatdan keçmiş koronavirus peyvəndi ilə bağlı açıqlamasından sonra ÜST məsələ haqda açıqlama verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST-nin sözçüsü Tarik Yasareviç Rusiya istehsalı olan koronavirus peyvəndinin onların standartlarına uyğun olub-olmamasının müzakirə edildiyini bildirib.

"Biz Rusiya səhiyyə orqanları ilə sıx əlaqədəyik və peyvəndin ÜST tərəfindən pre-kvalifikasiyası ilə bağlı müzakirələr davam edir. Ancaq hər hansı bir vaksinin pre-kvalifikasiyası bütün tələb olunan təhlükəsizlik və effektivlik məlumatlarının ciddi şəkildə nəzərdən keçirilməsini və qiymətləndirilməsini əhatə edir” deyə, o, bildirib.

Qeyd edək ki, Rusiyanın ilk koronavirus peyvəndi “Gamaleya” Araşdırma İnstitutu və Rusiya Müdafiə Nazirliyi tərəfindən birgə hazırlanıb. Peyvəndin klinik sınaqları 18 iyunda başlayıb, sınaqlarda 38 könüllü iştirak edib.