"Sihirli annem"in aktrisası boşanır

"Sihirli annem"in aktrisası boşanır
2614 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sihirli annem" serialında "Tuğçe" obrazı ilə tanınan aktrisa Damla Ersubaşı həyat yoldaşı Mustafa Can Keserdən boşanma qərarı alıb.

Axşam.az xəbər verir ki, bir müddət öncə M.Canın aktrisaya xəyanət etdiyi barədə xəbərlər yayılmışdı. Aktrisa isə bunların şaiyə olduğunu demişdi.

Damla boşanma barədə kağızı sosial şəbəkədə paylaşaraq "Boşanmaq üçün müraciət etmişik, ana və ata olaraq görüşməyə davam edəcəyik" deyə, şərh yazıb.

Qeyd edək ki, cütlüyün iki övladı var.