İntiqam Hümbətov nazirlikdəki işindən ayrıldı

İntiqam Hümbətov nazirlikdəki işindən ayrıldı
1586 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyə Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov vəzifəsindən azad edilib.

Axşam.az xəbər verir ki, bu barədə Hümbətov öz feysbuk hesabında məlumat verib. O bildirib ki, bu gündən etibarən Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyətini başa vurur.

Qeyd edək ki, İ.Hümbətov 20 il ərzində nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı külli miqdarda yeyinti və rüşvət alma faktları aşkarlanıb. Nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib. Nazir Əbülfəs Qarayev isə Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.